Daha bir əfsanəsi Kurtlar Vadisinə geri dönür
Fenomen seriallardan olan “Kurtlar Vadisi Pusu”da bir anda itkin düşən və aqibəti haqqında heç bir məlumat olmayan Tuncay Kantarcı seriala geri qayıdır
Yeni mövsümə iddialı girən “Kurtlar Vadisi Pusu” teleserialı izləyicilərinə yeni bir sürpriz etməyə hazırlaşır. Belə ki, “Kurtlar Vadisi” serialının ən çox bəyənilən qəhrəmanlarından biri olan Tuncay Kantarcı “Kurtar Vadisi Pusu”da da oynayıb. Lakin bir müddətdən sonra itkin düşüb və onun haqqında heç bir məlumat verilməyib. Onun taleyi tamaşaçıları tərəfindən uzun müddət maraqlandığı mövzu olub və bu, forumlarda “Tuncay Kantarcı haradadır” başlıqlı müzakirələrə səbəb olub.
“Star” qəzetinin verdiyi məlumata görə, “Pana Film” Tunvay Kantarcı rolunu oynayan Osman Vöberlə yenidən müqavilə imzalamaq mərhələsindədir. Əgər razılıq əldə edilərsə, Tuncay Kantarcı seriala yenidən qayıdacaq.
Xatırladaq ki, “Kurtar Vadisi” serialında Tuncay Kantarcı – Məhmət Qaraxanlının baronu olduğu konseydə qaçamalçılıq işlərinə nəzarət edirdi.