Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Daha bir güləşçisimiz Avropa çempionatının finalına yüksəldi

Reklam: High Technic

Azərbaycanlı güləşçi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında finala yüksəlib.

Yenicag.az xəbər verir ki, 82 kq-da mübarizə aparan azərbaycanlı pəhləvan yarımfinal görüşündə italiyalı Çiro Russo qarşılaşıb. Rəqibini 7:1 hesabı ilə məğlub edən idmançı qızıl medal uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Qeyd edək ki, Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçi Tirone Sterkenburqa çətinlik çəkmədən qalib gəlib – 8:0. O, 1/4 final mərhələsində İsveç idmançısı Boqdan Kurinnoyu 3:2 hesabı ilə məğlub edərək, adını yarımfinala yazdırıb. Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sənan Süleymanov da finala yüksəlib. 77 kq çəki dərəcəsindəki idmançı bu gün qızıl medal uğrunda Zoltan Levai (Macarıstan) ilə üz-üzə gələcək. /Report/

www.yenicag.az

399