Daha bir həbs yoldaşı Arif Hacılıya dəstək verdi – Bəyanat

media-hightechnic-468x90

300455_198840110194597_1280410191_nŞakir Abbasov: “İsa Qəmbərdən sonra başqanlığa ən çox Arif Hacılının haqqı çatır”

Müsavatın qurultayına çox az qaldı. Artıq Müsavat üzvü olan və olmayan bir sıra tanınmış insanlar İsa Qəmbərdən sonrakı başqanın kim olmasını istədiklərinə dair fikirləri açıqlayıblar. Milli Azadlıq Hərəkatının fəallarından və 16 oktaybr məhbuslarından olan Şakir Abbasov da bu məsələ ilə bağlı mövqeyini açıqlayıb:

“ Müsavatın taleyinin hər dönəmində zindan olub. Rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, «həbsdə olmayan siyasətçi qızılca çıxartmayan uşaq kimidir». Müsavat kimi bu gün də milli mübarizənin önündə gedən partiyaya İsa Qəmbərdən sonra layiqli namizəd hesab edirəm ki, Arif Hacılıdır. Arif bəyin həm Milli Azadlıq Hərəkatı dövründəki, həm də son 21 illik fəaliyyəti deməyə əsas verir ki, Müsavat başqanlığı ən çox onun haqqıdır. Müsavat başqanlığına namizədliyini verən əqidə dostlarımın hamısına hörmətim var. Ancaq hesab edirəm ki, İsa Qəmbərdən sonra başqanlığa ən çox onun haqqı çatır. Uzun illər tanıdığım, Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə öz layiqli yerini tutmuş, millətinin yolunda dəfələrlə həbs də yatmış, prinsipiallıq mövqeyindən dönməyən, gözəl təşkilatçı, mübariz dostumuz Arif bey Hacılını Müsavat Partiyasına başqan seçilməsi əminəm ki, hamımızın ürəyincə olacaq. İnanıram ki, hörmətli qurultay nümayəndələri Müsavat Partiyasının rəhbərliyində Arif bəyi görmək istəyəcəklər. Arif bəy Azərbaycanın müstəqilliyi uğrunda var gücü ilə mübarizə aparmış, istər parlament də, istərsə meydanlar da çəkinmədən öz cəsarətli çıxışını və sözünü demiş bir şəxsiyyətdir. Əminəm və inanıram ki, millətimizin və ölkəmizin gələcəyin də demokratiyanın bərqərar olunmasında Arif bəyin daha boyuk xidmətlərini görəcəyik.  Düşünürəm ki, Arif Hacılı başqanlığında Müsavat daha güclü olacaq və müxalifətin inteqrasiyasına yardım edəcək”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600