Daha bir intihar hadisəsi
Bakıda daha bir nəfər intihar edib.
Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə “NZS” qəsəbəsində baş verib.
Qəsəbə sakini, 33 yaşlı Vüsalə Nizam qızı Sadıqova yaşadığı evin həyətindəki tikilidən özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.