!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir investisiya şirkəti Bakı Fond Birjasının üzvü oldu

!Reklam – Yazi

Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni İnvestisiya Şirkəti” QSC öz müraciəti əsasında “Bakı Fond Birjası” QSC-yə (BFB) üzv qəbul edilib.

Bu barədə Yenicag.az-a BFB-dən bildirilib.

Məlumata görə, bununla da Birjanın üzvü olan investisiya şirkətlərinin sayı 12-yə çatıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Troni İnvestisiya Şirkəti”ni ötən ilin oktyabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 13B, mənzil 33, nizamnamə kapitalı 360 min manat, qanuni təmsilçisi isə Mübariz Rəhman oğlu Əmiraslanovdur.

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv