Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daha bir ölkədə COVİD-19-un mutasiyaya uğramış versiyası aşkar edildi

Nigeriyada koronavirusun ehtimal olunan yeni variantının ortaya çıxdığı açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinın (CDC) məlumatına istinadla xəbər yayıb.

“Koronavirusun Nigeriyada müşahidə etdiyimiz yeni mutasiyası hələ də məhdud miqdarda məlumatlara əsaslanır. Görünən budur ki, bu yeni növ, Britaniya və Cənubi Afrikadakı kimi deyil, fərqli ştammdır. Nigeriyadakı tədqiqatı genişləndirməliyik”, – deyə məlumatda qeyd edilir.

Bildirilir ki, Nigeriyanın Osun əyalətində 3 avqust və 9 oktyabr tarixlərində toplanan iki xəstənin nümunələri öyrənilərkən koronavirusun yeni variantı aşkar edilib.

www.yenicag.az

335