Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daha bir ölkədə karantinin müddəti yenidən uzadıldı - İyunun 22-dək

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi iyunun 22-dək uzadılıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti qərar verib.

Qeyd edək ki, ölkədə mayın 22-də karantin müddəti başa çatırdı. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.

Mayın 22-dən isə məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayacaq.

Belə ki, həmin tarixdən şəhərdaxili və şəhərətrafı ictimai nəqliyyatın işi bərpa olunacaq. Bundan başqa, ərazisindəki restoran və hovuzlar istisna olmaqla digər hotellər işə başlayacaq.

Ölkə ərazisində hava limanlarının isə iyunun 15-dək işləməyəcəyi bildirilib.

www.yenicag.az

870