Daha bir piyada qəzanın qurbanı oldu
Bir müddət öncə təmirdən sonra istifadəyə verilən yolda qəzaların və ölənlərin sayı artır.
Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, hadisə fevralın 8-də saat 19:30 radələrində Ziya Bünyadov prospektində baş verib.
Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Vüqar Vəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə Cəbrayıl rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Hüsüyevi vurub.
C.Hüsüyev aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Nərimanov RPİ 17-ci PB-də araşdırma aparılır.