Daha bir QHT sədrinin həbs müddəti uzadıldı

media-hightechnic-468x90

Binəqədi Rayon Məhkəməsində həbsdə olan daha bir QHT sədrinin həbs müddəti uzadılıb.

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, məhkəmə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov barəsində olan həbs qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı istintaq orqanının vəsatətinə baxıb.

Prosesdə vəsatət təmin edilib və A.Əhmədovun həbs müddəti 3 ay artırılıb.

Qeyd edək ki, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov bu ilin mart ayında vəzifə saxtakarlığı və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilərək saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi bu gün “Benefisiar” Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan rəhbəri Bəşir Süleymanlı və “İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpayın da həbs müddətlərini 3 ay uzadıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600