!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir quş kəsimi sexi bağlandı - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şağan kəndi R.Səfərov küçəsi 6B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağayev Firudin Mirəhəd oğluna məxsus quş kəsimi sexinə baxış keçirib.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, baxış zamanı antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi aşkarlanıb.

Məlum olub ki, sexin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, quş ətinin orqanoleptik qiymətləndirilməsi aparılmır. Eyni zamanda sexdə məhsulların emalı və saxlanılması qida təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilmir.

Aşkar olunan faktlar əsasında Agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması, istehlakçı hüquqlarının müdafiəsi, eləcə də ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

www.yenicag.az

799
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv