!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dairə Seçki Komissiyasından şəhid qızına qarşı ƏDALƏTSİZLİK – Tərtərdə

!Reklam – Yazi

img1868927Ümid Partiyasının və “125-lər” Siyasi Klubunun 95 saylı Tərtər seçki dairəsindən olan namizədi, tanınmış telejurnalist Tamilla Qulaminin namizədliyi qeydə alınmayıb.

Bu barədə xanım namizəd sosial şəbəkələrdə status paylaşıb. O, Statusunda 550 imza yığmasına baxmayaraq, namizədliyinin qanunsuz şəkildə qeydə alınmadığını qeyd edib. T.Qulami ona dəstək verən, imzatoplama kampaniyasında iştirak edən hər kəsə təşəkkür edib və MSK-ya şikayət ərizəsi ilə müraciət edəcəyini bildirib: “Bu statusum bilirəm ki, mənə dəstək verən, məni millət vəkili kimi görmək istəyən hər kəsi üzəcək. Bildiyiniz kimi 95 saylı Tərtər Seçki Dairəsindən namizədliyimi irəli sürmüşəm. Bu gün 95 saylı Tərtər Seçki Dairəsinin haqsız və ədalətsiz qərarıyla namizədliyim qeydə alınmadı. Qeydə alınmamağıma səbəb kimi saxta imzaları əsas gətirdilər. Halbuki məni tanıyan, imzatoplama zamanı gedən proseslərdə şəxsən özümün iştirak etdiyimi hər kəs bilir. Absurd bir haldır ki, sənə hörmət edən, sevən, üstəlik atanı tanıyan, insanlar arasında sağ ikən, hətta indiyədək belə böyük nüfuza sahib həmin torpağın müdafiəsi uğrunda canından keçən, Tərtərdə adına küçə olan şəhid Famil Qulaminin qızına bir rayon 450 imza verməsin. Amma üzgün olmayın, əzizlərim. Çünki mübarizə davam edir. İnşallah sənədlərimizi ədalətli qərar çıxaracağına güvənərək MSK-ya təqdim edəcəyik. İmzatoplamada mənə dəstək olan, inanan, güvənən hər kəsə təşəkkürümü bildirirəm. Sizləri çox sevirəm! Var olun, əzizlərim”.

Xatırladaq ki, bundan öncə eyni dairədən DSK Tərtərin keçmiş icra başçısı Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadənin namizədliyini qeydə almamış, lakin MSK şikayəti təmin etmişdi.

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv