Dairəvi yolda ağır qəza

media-hightechnic-468x90

b9da67595bd16956103385b6c29bdb1fYenicag apa-ya istinadən bildirir ki, bu gün axşam saatlarında Bakı dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Elçin Əsədovun idarə etdiyi “Mercedes” və Süleyman Hacıyevin idarə etdiyi “LADA” markalı avtomobillər toqquşub.

“Mercedes” markalı avtomobil yolun qadağan olunmuş hissəsindən dönmək istəyib, bu zaman arxadan gələn “LADA”34e7f7084fd0d565b60d288860397dc5 ona çırpılıb. Qəza nəticəsində “LADA”nın sürücüsü ağır bədən xəsarətləri alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. ” Mercedes”in sürücüsü isə yüngül bədən xəsarətləri alıb.

Hadisədən sonra əraziyə yol polisi əməkdaşları cəlb edilib. Qəza yolda tıxacın yaranmasına səbəb olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600