!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Darda qalan Vardanyan: Separatistin başını qoltuğuna kim verəcək? - ŞƏRH

!Reklam – Yazi

“Gəldiyi gündən onlara da problem yaradır. Normallaşma prosesinə mane olur. Bu durum erməniləri də qane etmir”.

Bunu erməni nəşri “Hraparak”ın Ruben Vardanyanın fevralın 23-də Qarabağı tərk edəcəyi ilə bağlı yaydığı xəbərə münasibət bildirən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya və Ermənistanın revanşist qüvvələri Vardanyanın timsalında Xankəndidə yeni separatçı qüvvələrin formalaşdırılması niyyətində idi:

“Onun qarşısında məqsədlər qoyulub, öhdəliklər müəyyənləşdirilmişdi. Vardanyan yeni separatçı dəstənin lideri olmalı, Rusiyanın və erməni revanşistlərin “gizli sandığı”nda olan planalarını reallaşdırmaq üçün münbit şərait yaratmalı idi.

Həm Rusiyanın, həm də revanşistlərin Arayik Arutyunyana etibar etmədiyi məlumdur. Ona təkcə Paşinyanın adamı kimi yox, həm də zəif fiqur kimi baxılır. Vardanyan isə təkcə Rusiyanın deyil, həm də Ermənistanın daxilindəki revanşistlərin maraqlarını da təmin edirdi. Düşünürəm ki, Vardanyan projesi bununla bağlı idi. Lakin özünü doğrultmadı.

Azərbaycanın qəti mövqeyi bu projenin reallaşmasına imkan vermədi. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransındakı çıxışında birmənalı şəkildə ifadə etdi ki, Rusiyadan ixrac edilən Ruben Vardanyanla təmas olmayacaq. Bakının Qarabağın erməni icması ilə dialoq aparması mümkündür, ancaq icmanı bölgədə doğulan ermənilər təmsil etməlidirlər. Bu mövqe Vardanyan projesinə son və sarsıdıcı zərbəni vurdu. Artıq Vardanyan projesi bitib. Ona görə də onun Xankəndini nə vaxt tərk edəcəyi o qədər də maraqlı deyil. Çünki texniki məsələdir. Hesab edirəm ki, yaxın günlərdə Vardanyan bölgəni biabırçı şəkildə tərk edəcək. Ola bilsin, ermənilər özləri onu qovsun. Çünki gəldiyi gündən onlara da problem yaradır. Normallaşma prosesinə mane olur. Bu durum erməniləri də qane etmir.

Artıq Vardanyan projesi siyasi əhəmiyyətini itirib. Buna görə də Rusiya da, Ermənistan da Vardanyandan imtina etməyə məhkumdur. Xankəndidə üzərinə götürdüyü öhdəliklərə əməl edə bilsəydi, Rusiyada Vardanyanı Ermənistan siyasətinə transfer etməyi düşünürdülər. Eynən Köçəryan formulu kimi. Lakin bu da alınmadı”.

Nəsimi Ələsgərli

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv