Daşkəsəndə beynəlxalq müsabiqə keçirilib

media-hightechnic-468x90

indir (4)Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyinin, Avstriyadakı “Competizione dell’Opera” Beynəlxalq Müsabiqələr Assosiasiyasının, “Özbəkteatr” Birliyi Əlişir Nəvai adına Opera və Balet Teatrının (OBT) birgə təşkilatçılığı ilə italyan operası İfaçılarının 14-cü Beynəlxalq müsabiqəsini keçirilib.

Teatrın direktoru Bəxtiyar Yakubov müsabiqə qaliblərinin təntənəli mükafatlandırılması mərasimində bildirib ki, Özbəkistanda belə bir nüfuzlu festivalın keçirilməsi ölkənin mədəni həyatında böyük hadisədir. O bildirib ki, müsabiqədə Avropa və Asiyanın bir çox ölkələrindən gəlmiş 60 ifaçı iştirak edib. Onlar bir həftə ərzində italyan operasının ən gözəl nümunələrini məhz italyan dilində ifa ediblər. Onların çıxışlarını beynəlxalq münsiflər heyəti qiymətləndirib.

Münsiflər heyətində ölkəmizi SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyli təmsil edib.

Sonra qaliblərin adları elan edilib.

Özbəkistan təmsilçisi Barno İsmatullayeva müsabiqənin birinci, Belarusdan gələn ifaçı Pavel Pyatrpo ikinci, Rusiya nümayəndəsi Mariya Bayankina və OBT-nın solisti, soydaşımız Cəbrayıl İdrisov üçüncü yerləri tutublar.

Noyabrın 29-da müsabiqə qaliblərinin qala-konserti keçiriləcək.

(azertag.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600