Daşqınlar 57 nəfərin həyatına son qoydu

media-hightechnic-468x90

img1820790Çinin cənubunda leysan yağışın səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 57-yə çatıb. 6 nəfər isə itkin düşüb.

Yenicag.az xəbər verir ki, ölənlərdən 16-sı Quyçou əyalətində binanın uçması nəticəsində həlak olanlardır.

Bir başqa əyalətdə isə leysan yağış səbəbindən uşaqlarla dolu avtobus qəzaya uğrayıb, nəticədə 21 uşaq xəsarət alıb.

Daşqınlar nəticəsində 2500-ə yaxın ev dağılıb, ümumilikdə 250 minə yaxın sakin zərər çəkib.

Bölgəyə dəymiş maddi ziyanın həcmi isə 337 milyon dollar təşkil edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600