“Davam” və “Molodaya Qvardiya” arasında ƏMƏKDAŞLIQ: Onlayn görüşdə nələr müzakirə edilib?

media-hightechnic-468x90

12 mart tarixində Moldovanın ən fəal gənclər təşkilatlarından biri olan “Molodaya Qvardiya” İctimai Birliyi və “Davam” Gənclər Hərəkatı arasında ilk onlayn görüş baş tutub.

Görüşdə “Molodaya Qvardiya” İctimai Birliyi tərəfindən Analitik İnformasiya şöbəsinin müdiri Nikita Romenskiy, “Davam” Gənclər Hərəkatı tərəfindən isə Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev iştirak edib.

Görüş zamanı hər iki təşkilatın gələcək fəaliyyət planı və ikitərəfli əməkdaşlığın perspektivləri barəsində danışıqlar aparılıb. Tərəflər dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qiymətləndirərək fikir və təcrübə mübadiləsi aparıblar.

Yaxın günlərdə bu əməkdaşlığı möhkəmləndirmək məqsədi ilə memorandum imzalanacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600