Davamçılar Hərbi Qənimətlər Parkını ziyarət etdi - FOTO

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub.

Yenicag.az xəbər verir ki, bu gün “Davam” Gənclər Hərəkatının Katibliyi və 200-dən çox davamçı gənc Hərbi Qənimətlər Parkına baş çəkərək düşməndən qənimət götürülən texnika ilə tanış olub.

Gənclər açıq səma altında salınan parkda nümayiş olunan atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla yaxından tanış olaraq müxtəlif xatirə fotoları çəkdiriblər.

Hərbi Qənimətlər Parkı Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək qazandığımız tarixi qələbənin əsəridir. Zaman ötəcək, nəsillər dəyişəcək, hər dövrün gəncləri bu parkı ziyarət edərək Azərbaycanın şanlı tarixi olan 44 günlük Vətən müharibəsi ilə bir daha qürur duyacaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600