Davtyan: “Zəngəzur dəhlizi regiona strateji üstünlüklər qazandıra bilər”

media-hightechnic-468x90

Enerji təhlükəsizliyi üzrə erməni ekspert, siyasi elmlər doktoru Vaqe Davtyan öz “Facebook” hesabında Zəngəzur dəhlizinin ABŞ və region üçün mümkün strateji üstünlükləri barədə paylaşım edib.

Yenicag.az “Hraparak”a istinadla xəbər verir ki, o, dəhlizin regional və qlobal güclər üçün geosiyasi əhəmiyyətini dəyərləndirib.

Ekspertin fikrincə, Zəngəzur dəhlizi bir neçə strateji istiqamətdə başda ABŞ olmaqla, regionun maraqlarına xidmət edə bilər. Bununla yanaşı, Körfəz ölkələrinin Hörmüz boğazından asılılığını azaltmağa yönəlmiş alternativlər də nəzərdə tutulur.

O, bildirir ki, ABŞ Çinlə qlobal iqtisadi rəqabət fonunda Orta dəhliz vasitəsilə Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək niyyətindədir. Bu dəhliz Avropa ilə Asiyanı birləşdirən önəmli marşrut kimi çıxış edir və ABŞ bu sahədə geoiqtisadi təsirini artırmağa çalışır. Davtyan qeyd edir ki, bu proses Avropa İttifaqının enerji marşrutlarını şaxələndirmək səyləri ilə paralel şəkildə inkişaf edir.

O, hesab edir ki, ABŞ Cənubi Qafqazda təsirini artırmaqla Rusiya ilə İran arasında əməkdaşlığa və Moskvanın regiondakı mövcud iqtisadi maraqlarına təsir göstərə bilər. Onun fikrincə, Ermənistanda rus kapitalı ilə fəaliyyət göstərən müəssisələrə yönəlik təzyiqlər və alternativ enerji layihələrinin təşviqi bu strategiyanın bir hissəsidir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa