“Davud dəhlizi” planı regionu ÇALXALADI – Türkiyə üçün MÜHÜM SINAQ

media-hightechnic-468x90

“Suriya prezidenti Bəşər Əsəd devrildikdən sonra hakimiyyətə gələn Əhməd əş-Şaraa böyük problemlərlə üzləşib. Onlardan biri İsrailin təhlükəsizlik adı altında Suriya ərazisində İran adına fəaliyyət göstərən proksi təşkilatlarını aradan qaldırmaq üçün tez-tez əməliyyatlar həyata keçirməsidir”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

media-hasan-oktay1

Siyasi təhlilçi İsrailin Suriyanın şimalında yerləşən terrorçu “Suriya Demokratik Qüvvələri”nə “Davud dəhlizi” açmaq istəməsinin pərdəarxası məqamlarına toxunub.

Onun sözlərinə görə, İsrail bir tərəfdən bu təşkilatlarla mübarizə aparır, digər tərəfdən isə Suriyada stabilliyi təmin edən bir idarəçiliyin yaranmasını istəmir:

“Türkiyə isə Suriya ərazisində stabilliyi, ölkənin ərazi bütövlüyü çərçivəsində və konstitusiya əsasında bərabərlik prinsiplərinə əsaslanan bir sistemin qurulmasını arzulayır. İsrail ilə Türkiyə bu məsələdə razılığa gələ bilmədiyindən, İsrail əsasən Druzlar və Kürdlərlə əlaqə quraraq bölgədə Türkiyəyə qarşı siyasət yürütməyə çalışır. Suriya üzrə stabillik təminatı hər gün daha çox risk daşıyır. Lakin Türkiyə, Suriya ərazisində ərazi bütövlüyünü pozan hər hansı bir formalaşmanı qəbul etmədiyi üçün bu məsələdə mübarizəni sona qədər davam etdirəcək kimi görünür”.

“İsrailin təhlükəsizlik səbəbləri ilə “Hizbullah” üzərində həyata keçirdiyi əməliyyatlar nəzərə alınaraq, Türkiyə də Suriyada ona qarşı hərəkət edən bütün qruplara qarşı əməliyyat aparmaq hüququnu özündə saxlayır. Eyni zamanda Türkiyə bölgədə sülh və stabilliyin təmin olunması üçün bütün qrupların mərkəzi hökumətlə hərəkət etməsini istəyir. Suriya ərazisində heç bir koridora Türkiyə icazə verməyəcək və kanton və ya federativ tipli tələblər ən sərt şəkildə cəzalandırıla bilər”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa