Bu il Rusiyada təşkil olunan Dünya Çempionatı ev sahibinə milyardlarla dollar gəlir gətirib.
Yenicag.az xəbər verir ki, bütün dünyanın böyük bir maraqla izlədiyi çempionat Fransanın qələbəsi ilə başa çatıb. Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa millisi kuboku qazansa da, çempionatın əsl qalibi Rusiya olub. Belə ki, ölkə beynəlxalq idman müsabiqəsinin təşkilindən düz 18 milyard dollar qazanc əldə edib.
Çempionatı izləmək üçün Rusiyaya gələn minlərlə turist ölkə iqtisadiyyatına yüklü miqdarda gəlir gətirib.