DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə pley-offun ilk oyunlarına yekun vurulub.
Yenicag.az xəbər verir ki, son gündə də bir görüş baş tutub.
Günün yeganə oyununda Danimarka yığması İrlandiya ilə üz-üzə gəlib. Bu görüşdə tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər və görüş heç-heçə bitib. Bu üzdən də cütün taleyinə cavab matçında aydınlıq gələcək.
Bu komandalar arasındakı həlledici qarşılaşma noyabrın 14-də İrlandiyada baş tutacaq.
DÇ-2018-in seçmə mərhələsi
Pley-off (ilk oyun)
11 noyabr
Danimarka – İrlandiya 0:0
www.yenicag.az