Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

DÇ-2018: Qrup mərhələsi başa çatdı

Reklam: Sinerji Pro

Bu gün Rusiyada keçirilən dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, keçirilən son 4 oyunla bütün 1/8 finalçılar bəlli olub.

H qrupuna 4 xalla başçılıq edən Yaponiya keçirdiyi hər iki görüşdə məğlub olan Polşa ilə üz-üzə gəlib. Polşalılar bu görüşdə minimal hesabla üstün olublar.

Digər 4 xalı olan Seneqal isə ondan bir xal az toplayan Kolumbiya ilə münasibətlərə aydınlıq gətirib. Kolumbiya bu oyunda qalib gəlməklə qrup lideri kimi mərhələ adlayıb. İkinci yeri isə feyr-pley xalına görə Yaponiya tutub. Baxmayaraq ki, digər göstəricilərdə Seneqal bu komandadan geri qalmırdı.

G qrupunda isə artıq 1/8 finala vəsiqəni təmin etmiş İngiltərə və Belçika milliləri qrup liderliyi uğrunda mübarizə aparıb. Belçika minimal hesabla qalib gələrək qrup lideri olub.

Digər oyunda isə Tunis və Panama yığmaları turnirdə ilk xalını qazanmağa çalışıb. Hesabı Panamanın açdığı oyunda Afrika təmsilçisi əzmkar qələbə qazanıb.

DÇ-2018
28 iyun

H qrupu

18:00. Yaponiya – Polşa 0:1
Qol: Yan Bednarek, 59.
Baş hakim: Canni Sikazu (Zambiya)
Volqoqrad, “Volqoqrad Arena”

18:00. Seneqal – Kolumbiya 0:1
Qol: Yerri Mina, 74.
Baş hakim: Milorad Majiç (Serbiya)
Samara, “Samara Arena”

G qrupu

22:00. İngiltərə – Belçika 0:1
Qol: Adnan Yanuzay, 51.
Baş hakim: Damir Skomina (Sloveniya)
Kalininqrad, “Kalininqrad” stadionu

22:00. Panama – Tunis 1:2
Qollar: Yassin Meriya, 33-avtoqol – Fəxrəddin Ben-Yussef, 51, Vaxbi Xazri, 66.
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri (Qətər), ), Mehdi Abid Şərif (Əlcəzair)
Saransk, “Mordoviya Arena”

www.yenicag.az

4863
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100