Azərbaycan millisi Ukraynaya məğlub oldu - VİDEO / YENİLƏNDİ

media-hightechnic-468x90

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.

Yenicag.az xəbər verir ki, Krakovdakı “Krakoviya” stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.

Ukraynalıların heyətində Aleksey Quçulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər. Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.

Qeyd edək ki, Fransa millisi 10 xalla D qrupunun lideridir. Ukrayna 7 xalla ikinci pillədə qərarlaşıb. 4 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur./Report/

***

Ruslan Maliovski 64-cü dəqiqədə Ukraynanı yenidən hesabda önə çıxarır.

***

45+2-ci dəqiqədə Nəriman Axundazdə hesabı bərabərləşdirir.

***

30-cu dəqiqədə Aleksey Qutsulyak fərqlənir.

***

Matç başladı.

***21:49

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün Polşada üz-üzə gələcək Ukrayna və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, komandalar saat 22:45-də start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

Ukrayna: 12. Anatoli Trubin, 2. Yefim Konoplya, 15. İlya Zabarnı, 22. Mikola Matviyenko, 16. Vitali Mikolenko, 9. Aleksey Hutsulyak, 8. Ruslan Malinovski, 18. Yeqor Yarmelyuk, 15. Oleq Oçeretko, 19. Nazar Voloşin, 11. Artyom Dovbik.

Baş məşqçi: Sergey Rebrov.

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 13. Abbas Hüseynov, 8. Emin Mahmudov, 15. Abdula Xaybulayev, 7. Anatoli Nuriyev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə.

Baş məşqçi: Ayxan Abbasov.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa