İsrail Fələstini rəsmi şəkildə dövlət kimi tanımasa... - ŞƏRH

media-hightechnic-468x90

“İsrail yaxın müddətdə Fələstini rəsmi şəkildə dövlət kimi tanımasa da real faktı qəbul edəcək”.

media-refail

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, əldə olunan razılıqdan sonra İsrailin Fələstini dövlət kimi tanıyıb-tanımamasından danışıb.

Siyasi şərhçi deyib ki, Qəzza ilə bağlı əldə olunan ümumi razılıq və müxtəlif dövlətlərin prosesdə iştirakı ümid verir ki, prosesin sonlanması mümkün olsun.

“Lakin müxtəlif yanaşmalara baxmayaraq prosesin tam şəkildə başa çatacağını proqnozlaşdırmaq çətindir. Çünki HƏMAS bəzi açıqlamalarında silahları təhvil vermək istəmədiyini bildirib. Təbii ki, İsrail bir müddət gözləyəcək, prosesin sona çatması üçün bütün variantlardan istifadə edəcək.

Digər tərəfdən, İsrailin Fələstini bir dövlət kimi tanıması məsələsinin yaxın vaxtlarda gündəmə gələcəyini düşünmürəm. Çünki proseslər tam şəkildə yekunlaşmalı, bütün məsələlər aydınlaşmalı və Fələstin–İsrail münasibətləri dəqiq şəkildə müəyyənləşməlidir. Sərhədlər hansı formada müəyyən ediləcək, hansı prinsiplər əsasında razılaşma olacağı aydınlaşdıqdan sonra məsələ barədə danışmaq mümkündür”.

Rəfail Becanov bildirib ki, hazırkı vəziyyətdə proses hələ sona çatmaq ərəfəsində deyil:

“Lakin bir müddətdən sonra, xüsusilə ABŞ qəbul edəcəyi qərardan sonra prosesin yaxınlaşmaya doğru inkişaf edəcəyi gözlənilir.

Avropa ölkələrinin müəyyən təsir imkanları var. Lakin, İsrailin onlarla hesablaşacağı gözlənilmir. Çünki, İsrail, ABŞ-nin ən yaxın müttəfiqidir. Bu müttəfiqlik nəticəsində də ABŞ-nin mövqeləri İsrailin siyasətinə ciddi təsir göstərir.

Bu baxımdan, ABŞ-nin mövqeyi Fələstin və İsrail arasındakı münasibətlərin gələcək istiqamətini müəyyən edəcək. İsrail yaxın müddətdə Fələstini rəsmi şəkildə dövlət kimi tanımasa da real faktı qəbul edəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa