Yaponiya siyasətindəki gərginlik daha da qızışdı: Takaiçiyə qarşı birləşirlər

media-hightechnic-468x90

Yaponiya müxalifətində təmsil olunan Xalq Demokrat Partiyasının lideri Yuiçiro Tamaki bazar ertəsi Konstitusion Demokrat Partiyasının rəhbəri Yosihiko Noda ilə qarşıdan gələn baş nazir seçkisi ilə bağlı danışıq aparmağa hazır olduğunu bildirib.

media-banner_tuq

Yenicag.az “Japantimes”a istinadən xəbər verir ki, o, müxalifət partiyalarının parlamentin fövqəladə sessiyasının başlanğıcında baş nazir vəzifəsinə vahid namizəd irəli sürməsi məsələsini müzakirə etmək üçün Noda ilə görüş təklifini qəbul etdiyini deyib.

Onların görüşü məhsuldar keçsə, Yaponiya tarixində ilk qadın baş nazir olması gözlənilən Sanae Takaiçi məğlubiyyətlə üzləşə bilər.

Hazırda parlamentin fövqəladə sessiyasının oktyabrın 20-si və ya 21-də açılması istiqamətində hazırlıq işləri aparılır.

Qeyd edək ki, 4 oktyabrda isə Sanae Takaiçi Lİberal Demokrat Partiyasının (LDP) yeni sədri seçilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05