Sarkozinin həbsxanaya salınacağı vaxt məlum oldu

media-hightechnic-468x90

2007-ci ildəki seçki kampaniyasını Liviyadan gələn vəsaitlə qeyri-qanuni maliyyələşdirdiyi üçün 5 il həbs cəzasına məhkum edilmiş Fransanın keçmiş Prezidenti Nikola Sarkozi oktyabrın 21-də həbsxanaya gedəcək.

Yenicag.az xəbər verir ki, bu barədə RTL radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, o, cəzasını paytaxtın xüsusi təhlükəsizlik tədbirləri tələb edənlər üçün bölməsi olan Sante həbsxanasında çəkəcək.

Müstəntiqlərin fikrincə, Sarkozi 2005-ci ildə Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafi ilə beynəlxalq səhnədə siyasi dəstək müqabilində seçki kampaniyası üçün vəsait almaq barədə razılığa gəlib. Keçmiş prezident korrupsiyada, seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə və Liviya dövlətinin vəsaitlərini gizlətməkdə ittiham olunurdu./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa