Azərbaycan millisi Fransaya uduzdu - VİDEO / YENİLƏNDİ
Millimiz 3:0 hesabı ilə məğlub olub.
***
Toven 84-cü dəqiqədə hesab fərqini 3-ə çıxarır.
***
69-cu dəqiqədə Adrien Rabyo hesab arasındakı fərqi artırır.
***
Kilian Mbappe 45+2-ci dəqiqədə hesabı açır.
***
Matç başladı.
***21:55
DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Fransa və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Yenicag.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Fransa: Mayk Menyan, Malo Qyusto, Dayo Upamekano, Kinqsli Koman, Yoqo Ekitike, Kilian Mbappe, Maykl Olise, Adrien Rabyo, Vilyam Saliba, Kefren Tyuram, Teo Ernandes.
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Mahir Emreli, Rüstəm Əhmədzadə, Elvin Bədəlov, Abdulla Xaybullayev, Toral Bayramov, Qismət Alıyev.
Qeyd edək ki, Fransa – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.