Uzunömürlülüyün sirri çılpaq kor siçanlarda ola bilər - ARAŞDIRMA

media-hightechnic-468x90

Alimlər təbiətin ən qəribə heyvanlarından birinin uzunömürlülüyün sirrini daşıya biləcəyini düşünürlər.

Yenicag.az xəbər verir ki, bu barədə araşdırma “Science” elmi jurnalında yayımlanıb.

Çılpaq kor siçan gözəlliyi ilə tanınmasa da, bu tüksüz gəmirici xərçəngə qarşı müqaviməti və təxminən 40 ilə çatan ömür uzunluğu ilə uzun müddətdir maraq doğurur.

Araşdırmada 40 ilə qədər yaşayan bu çılpaq kor siçanın mürəkkəb bir DNT bərpa mexanizmi inkişaf etdirdiyi müəyyən olunb. Tədqiqatçılar bunun uzunömürlülüyün açarı ola biləcəyini düşünürlər.

Qrışlı siçanlar “cGAS” adlı proteində təkamül mutasiyaları inkişaf etdiriblər. “cGAS” DNT zəncirlərindəki zədələri aşkarlayıb bərpa etməkdə rol oynayan və immun reaksiyaları tətikl\yə bilən bir proteindir.

Bu mutasiyaların heyvanın yaşlanmaya bağlı genetik zədələri bərpa etmək qabiliyyətini artırdığı müəyyən edilib. Digər tərəfdən, siçanlar və insanlar kimi digər növlərdə “cGAS” DNT bərpasını əngəlləyə bilir.

Araşdırmanı aparan alimlər “cGAS”nin DNT üzərindəki bu fərqli təsirinin çılpaq kor siçanın uzunömürlülüyünün səbəbi ola biləcəyini düşünürlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa