Putin: "Ümid edirəm ki, biz bu səhifəni çevirmişik"
Təyyarə qəzası və sərnişinlərinin həlak olması ilə bağlı faciəvi hadisələrə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərdə böhran olmayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Tacikistana dövlət səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Rusiya dövlət başçısı vurğulayıb ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq artmaqda davam edib, yaranan gərginlik isə emosional xarakter daşıyıb.
V.Putin qeyd edib ki, fəlakətin obyektiv araşdırılması üçün vaxt və əhəmiyyətli texniki iş tələb olunub: “qara qutu”ların axtarışı və şifrəsinin açılması, Müdafiə Nazirliyinin, Rusiya və Qazaxıstanın hava hərəkətinə nəzarət xidmətlərinin məlumatlarının müqayisəsi. O bildirib ki, istintaq yekunlaşmaq üzrədir. Onun nəticələri ümumilikdə aydındır, Azərbaycanla əməkdaşlıq isə bütün istiqamətlərdə – logistika, sənaye, humanitar sahədə davam edir.
“Mən çox ümid edirəm ki, biz bu səhifəni çevirmişik, irəliləyəcəyik və heç bir problem olmadan əlaqələrimizi inkişaf etdirəcəyik”, – deyə Vladimir Putin bildirib./Azərtac/