Nobel sülh mükafatı ala bilməyən Trampın sonrakı addımları necə olacaq? - ŞƏRH

media-hightechnic-468x90

“Əgər o, növbəti mərhələdə də bu xətti davam etdirərsə ABŞ yenidən “dünyanın problem yaradanı” yox, “problemləri çözən” statusuna qayıda bilər”.

media-045dd2ac-6982-4a9b-9d3a-3237129edb31-620x403

Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov Nobel sülh mükafatı ala bilməyən ABŞ Prezidenti Donald Trampın indidən sonrakı fəaliyyətini necə quracağını şərh edərkən deyib.

Politoloq bildirib ki, Trampın siyasi davranış kodu daim fərqli olub:

“O, klassik diplomat deyil, nəticəyə fokuslanan praktik liderdir. Trampın sülh təşəbbüsləri xüsusilə Yaxın Şərqdə “Abraham razılaşmaları” zamanı göstərdiyi siyasi cəsarət son onilliklərin ən real sülh addımlarından biri idi. O, Nobel mükafatını ala bilmədi, amma fakt budur ki, bir çox münaqişə bölgəsində gərginliyin azalmasına məhz onun praqmatik yanaşması təsir göstərdi.

Tramp üçün mükafat simvolik dəyər daşıya bilər, amma onun siyasət fəlsəfəsi mükafatlara deyil, nəticələrə əsaslanır. O, “Amerika əvvəlcə” prinsipini qoruyaraq qlobal sabitlik üçün çalışdı. Onun dövründə ABŞ-nin xarici siyasəti balanslı idi. Nə hərbi avantüralar, nə də süni humanitar bəhanələrlə regionlara müdaxilə oldu. Bu, əslində yeni tip liderlik modelidir: sərt, amma sülhə yönəlik”.

O qeyd edib ki, indi Tramp yenidən səhnədədir:

“Görünür, o, sülh gündəmini tərk etməyəcək. Diplomatik ritorikasında “sabitlik, amma güclə” konsepsiyası dəyişməz qalır. Tramp çox yaxşı anlayır ki, dünya xaosla deyil, iqtisadi və siyasi realizmlə idarə olunur. O, sülhü ideal kimi yox, strategiya kimi görür.

Əgər o, növbəti mərhələdə də bu xətti davam etdirərsə ABŞ yenidən “dünyanın problem yaradanı” yox, “problemləri çözən” statusuna qayıda bilər. Tramp bəzən sərt danışır, amma məqsədi savaş deyil, qarşı tərəfi masaya oturtmaqdır. O, siyasətdə teatr deyil, nəticə istəyir. Bəli, Nobel mükafatı ona verilmədi, amma tarix çox vaxt komissiyalardan daha ədalətlidir. Tarix Trampı sülh axtaran güclü lider kimi xatırlayacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa