Rəşad Nəbiyev Aİ komissarı ilə Zəngəzur dəhlizini müzakirə etdi

media-hightechnic-468x90

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, danışıqların əsas mövzuları Zəngəzur dəhlizi layihəsinin gələcək perspektivləri və Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi olub.

“Biz Azərbaycan tərəfinin bu sahədə həyata keçirdiyi strateji layihələr barədə ətraflı məlumat verdik. Həmçinin Aİ-nin bu layihələrdə potensial iştirak imkanları barədə fikir mübadiləsi apardıq. Əsas diqqət nəqliyyat, rəqəmsallaşma, innovasiyalar, İKT sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəldilib”, – nazir qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05