!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəb halını alan İSRAFÇILIQ: İslam dini məsələyə necə yanaşır?

!Reklam – Yazi

Son zamanlar bəzi restoranlarda səhər yeməyi adı altında təklif olunan setlər bir dəb halını alıb. Burada bəzən 2 nəfərlik kimi təklif olunan setlər əslində 3, 4 hətta 5 nəfərin doya biləcəyi halda olur. Ümumiyyətlə, son dövrlər israfçılığın özü də dəb halını almağa başlayıb. Artıq insanlar bir çox halda istər yemək, istərsə də digər məqamlarda israfa yol verməkdən çəkinmir. Bəs görəsən, İslam dininin belə məqamlara yanaşması necədir?

Mövzu ilə bağlı Yenicag.az-a danışan ilahiyyatçı Yaşar Qurbanov deyib ki, israfçılıq dinimizdə günahlardan sayılır.

“Bu barədə Qurani-Kərimdə kifayət qədər ayələr var. Allah-Təala Qurani-Kərimin “Furqan” surəsində “Onlar xərclədiklərində nə israf nə də xəsislik edərlər, bu ikisi arasında orta yol tutarlar.”- deyə buyurub.

Həmçinin Allah “Əraf” surəsində “Yeyin için, lakin israf etməyin” – deyə buyurub. Ona görə də israf dinimizdə günahdır. Çünki israf etmək əvəzinə nə qədər insanlara yardım edə bilinər. Ona görə də İslam dini israfçılığı qadağan edir”, – deyə o əlavə edib.

Y.Qurbanov qeyd edib ki, İslam dini yeyib-içməyə, gözəl geyinməyə qarşı deyil, amma israfa qarşıdır.

“Ümumiyyətlə, xərcləyən zaman israf etmək həm günahdır, həm də israf etməməklə insan öz üzərinə düşən öhdəlikləri yerinə yetirə bilər. Əgər Allah israf edənləri sevmirsə, bu, ciddi bir məsələdir. Allaha və peyğəmbərinə iman gətirən bir şəxs istədiyini yeyib, istədiyini içə bilər, amma israfçılıqdan çəkinməlidir”, – deyə o bildirib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv