!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Dedi, sağalım, ayağa qalxan kimi..." - Ölümündən 40 gün ötən Ramiz Əzizbəylinin SON ARZUSU

!Reklam – Yazi

“Dost itkisi ağırdır, onun yoxluğu ilə barışmaq olmur, amma bir təsəllim var ki, Ramizin adı sənət aləmində hər zaman yaşayacaq”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev ölümündən 40 gün ötən mərhum Xalq artisti Ramiz Əzizbəylini yad edərkən deyib.

Aktyor sənət dostunun nakam arzularından da söz açıb:

“Xəstə olan vaxtlarında tez-tez ziyarətinə gedirdim. Deyirdi, Natiq, qoy sağalım, ayağa durum, borcundan çıxacam, bir film çəkəcəm, o filmdə sənə yaddaqalan bir rol verəcəm, amma qismət olmadı. Yaradıcılıq enerjisi açıb-daşırdı, yeni filmlər çəkmək arzusu ilə yaşayırdı. Əsində danışığında olan problem də aradan qalxmışdı, yeriyirdi, sağalırdı, amma birdən-birə səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi. Arzularını özü ilə məzara apardı. Çox baməzə insan idi, o qədər xatirələrimiz qalıb ki, xatırladıqca qəhərlənirəm. Yubileyim idi, dostlarla birgə yığışıb gəldilər ki, bərabər qeyd edək. Rəhmətlik xətrimi çox istəyirdi. Yaddaqalan bir yubiley oldu, məclisdə bir mahnı da oxudu: ” Kimlər gəldi, kimlər getdi, bu dünyadan, bu dünyadan”. İndi baxıram ki, həqiqətən də bu sənət dünyasından nə qədər sənətkarlar köç etdi. Ramiz Əzizbəyli də onlardan biri, yeri hər zaman görünəcək”.

Cəvahir

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv