Britaniya Kanada sakinindən zəhər alan 88 nəfərin ölümü ilə bağlı araşdırmaya başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb. Qəzet yazır ki, kanadalı Kennet Lo internet vasitəsilə zəhər satıb. İki il ərzində adam 40 ölkəyə 1 milyon 200 min bağlama göndərə bilib.
Audit zamanı məlum olub ki, 232 britaniyalı intihar etmək üçün saytda leqal şəkildə zəhərli maddələr alıb, onlardan 88 nəfər ölüb.
Kanadalı aşpaz Kennet Lo iki il ərzində zəhəri bitənə qədər bütün dünyaya ölüm paketləri göndərib. Bu müddət ərzində nəşrin yazdığına görə, dünyanın hər yerində yüzlərlə, bəlkə də minlərlə insan, əsasən də çox gənc, onun müştərisinə çevrilib.
Məlumdur ki, polis kanadalının fəaliyyəti ilə maraqlanmazdan əvvəl o, təkcə Britaniyada bir neçə yüz nəfərə poçtla zəhər göndərə bilib. Onun fəaliyyətini dayandırmaq yalnız jurnalist araşdırması nəticəsində mümkün olub. Müxbir özünü potensial alıcı kimi təqdim edib.
Kanadalı cavab olaraq lovğalanaraq Allahın işini gördüyünü, cəmiyyətdə əziyyət çəkənlərə kömək etdiyini deyib. O, may ayında saxlanılıb.
Ontario polisi ona qarşı təhqiqat başladıb. İntihar faktları sübuta yetirilərsə, kanadalını 14 ilə qədər həbs gözləyir.
Məsimə
www.yenicag.az