!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATLARI: Siqaret çəkdiyi üçün... - FOTOLAR

!Reklam – Yazi

Türkiyənin Adana şəhərində dəhşətli insident baş verib.

Yenicag.az xəbər verir ki, qapalı dayanacaqda səfil kişinin meyiti tapılıb. Polislər mərhumun kimliyini günlər sonra aşkarlayıb. DNT nəticələrinə əsasən bəlli olub ki, ölən şəxs 53 yaşlı İlker Kattardır.

Hadisənin təfərrüatları isə bütün Türkiyəni şoka salıb. Belə ki, öldürülən şəxs dayanacaqda siqaret çəkmək istəyərkən Murat Ulukan adlı şəxslə mübahisə edib. Kattar onu dinləməyərək siqaret çəkməyə davam edib. Daha sonra isə münaqişə alovlanıb və Ulukan Kattara fiziki şiddət tətbiq etməyə başlayıb. Məlum olub ki, M. Ulukan da mərhum kimi səfil olub.

Şübhəli şəxs qismində saxlanılan Ulukan hadisəni ilkin olaraq boynuna almayıb. Bir neçə gün sonra Kattarı döydüyünü etiraf etsə də, öldürdüyünü qəbul etməyib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv