!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli qəza: “06” markalı maşın körpüdən aşdı – Ölənlər var

!Reklam – Yazi

1358a0a3432902b99e3955047240686bHadisə nəticəsində ölənlərin olduğu bildirilir

Gəncədən İmamzadə dini kompleksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib.

Yenicag.az xəbər verir ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü yol ötürücüsünün üzərində olarkən idarəetməni itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb.

Şahidlərin bildirdiyinə görə, avtomobildə bir neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər.

Samux rayonu Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır.

Samux rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, qəzanın baş verdiyi ərazinin Gəncə şəhərinə və ya Samux rayonuna aid olması hələlik dəqiq deyil.

www.yenicag.az

1069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv