!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli qəza ilə bağlı AÇIQLAMA-Yenilənib

!Reklam – Yazi

qezasumqayitBakı-Sumqayıt yolunda (“Saray postu”na çatmamış) Ford” markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlardan iki nəfər 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Xəstəxanadan  verilən məlumata görə, qəza zamanı yaralananlardan Elza Hüseynovanın vəziyyəti ağırdır və hazırda əməliyyat olunur. Məlumata görə, xəstəxanaya gətirilən digər yaralı da xanımdır, lakin onun vəziyyəti yaxşı olduğundan ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində iki nəfər həyatını itirib, on nəfərin vəziyyəti isə ağırdır(aznews).

***

Bakı-Sumqayıt yolunda (“Saray postu”na çatmamış) Ford” markalı mikroavtobusun qəzaya düşməsi nəticəsində ölən iki nəfərdən birinin kimliyi müəyyənləşib.

Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, o, 1987-ci il təvəllüdlü Abdullayev Amindir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.

Stansiyadan verilən digər məlumata görə, xəstəxanaya daha 10 nəfər yaralı gətirilib: “Onlardan 5-inin vəziyyəti ağırdır, 3-ü əməliyyat olunub, hazırda reanimasiyadadır. 3-ü travmatologiya şöbəsindədir. Yaralılar arasında ayaqlarını belə itirənlər var. Yaralılar arasında uşaq yoxdur”(aznews).

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv