Dəhşətli qəza: Körpü üzərində 150-dən çox avtomobil toqquşdu - FOTO/VİDEO

media-hightechnic-468x90

ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhəri yaxınlığında ağır qəza baş verib.

Yenicag.az xəbər verir ki, körpü üzərində 150-dən çox avtomobil toqquşub.

Qəza nəticəsində yeddi nəfər ölüb, 25 nəfər yaralanıb. Bu rəqəmlərin artacağı ehtimal edilir.

Nəqliyyat xidmətləri hələ də dağıntıların təmizlənməsini davam etdirir, kilidlənmiş avtomobillərdə insanların ola biləcəyi deyilir.

Qəza zamanı avtomobillərdən biri körpüdən çaya düşüb, lakin sürücü xilas ola bilib.
Kütləvi qəzanın od vurulmuş bataqlıqların yaratdığı güclü duman səbəbindən baş verdiyi, görmə məsafəsinin üç metr olduğu bildirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa