Dəhşətli sel İtaliyanın şimalını ÖZ CƏNGİNƏ ALDI – FOTO

media-hightechnic-468x90

 

İtaliyanın şimalında tüğyan edən güclü fırtınalar nəticəsində 100-dən çox bələdiyyədə ən yüksək təhlükə səviyyəsi elan olunub.

Yenicag.az xəbər verir ki, bu barədə yerli “Ansa” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, güclü yağışlar nəticəsində bir çox çaylar məcrasından çıxıb. Ölkənin ən uzun çayı olan Ponun daşmaq üzrə olduğu bildirilir. Pyemont regionunun paytaxtı Turin şəhərində çay yaxınlığındakı bir neçə yol bağlanıb. Digər bölgələrdə isə əhaliyə evlərində qalmaq tövsiyə olunub.

Ən yüksək təhlükə səviyyəsi yalnız Pyemontda deyil, həm də Pasxa bayramı günlərində çox sayda turistin üz tutduğu Cənubi Tirol, Lombardiya və Toskana regionlarında da tətbiq olunub. Eyni zamanda, İsveçrənin cənub kantonları olan Valais və Tiçinoda da hava xəbərdarlığı edilib. İtaliya dəmir yolları isə xəbər verir ki, bəzi yolların su altında qalması səbəbindən İtaliya ilə İsveçrə arasında dəmir yolu nəqliyyatında ciddi fasilələr yaranıb. Hazırda bir neçə qatar yolda qalaraq hərəkəti davam etdirə bilmir.

Bundan əlavə, Liquriya regionunda torpaq sürüşmələri, bəzi körpülərin bağlanması və Aosta vadisinin şimal-qərbində insanların təxliyə edilməsi ilə bağlı məlumatlar yayılıb. Sinoptiklərin proqnozuna görə, yağışların cümə axşamı günorta saatlarınadək davam edəcəyi gözlənilir.

media-img_4248

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600