Hamilə qadının bətni qəzanın şiddətindən yırtılıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyanın cənub-şərqində Sao-Paulo və Kuritiba qəsəbələri arasında dəhşətli avtomobil qəzası baş verib. Yük maşınının sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Bu zaman sürücünün yanında oturan hamilə qadının bətni yırtılıb və körpə dünyaya gəlib. 39 həftəlik hamilə olan qadın hadisə yerindəcə keçinib. Körpə isə möcüzəvi şəkildə sağ qalıb.
Hadisənin görüntülərini təqdim edirik: