Dekabrın 30-da Milli Məclisin son iclası keçiriləcək

media-hightechnic-468x90

Ilham Aliyevin milli meclisde chixishi 030412Milli Məclisin 2014-cü ildə son iclası dekabrın 30-da keçiriləcək.

Parlamentdən verilən məlumata görə, iclasın gündəliyinə 21 məsələ daxildir.

Bura Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, Gülzar Rzayevanın Ali Məhkəməyə hakim təyin edilməsi, “Aviasiya haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və digər qanun layihələrinin müzakirəsi daxildir.

İclasda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Milli Məclis adından müraciət də qəbul olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600