Dələduzluqla özünə toy etdi

media-hightechnic-468x90

17403Britaniyada toy etmək istəyən gənc qız bütün bir şəhərə qarşı dələduzluq edib. Xeyirxah britaniyalılar xərçəng xəstəsi olduğu deyən qız üçün 16 min dollar pul toplayıblar.

Kolçestr şəhərində gənc qız xərçəng xəstəsi olduğunu və öləcəyini deyib. O, ölümündən öncə özünə toy etmək istədiyini deyib.
Hər şey 22 yaşlı qızın qəzetə müsahibəsi ilə başlayıb. O, deyib ki, xəstə olduğu üçün toyunun tarixini dəyişib. Daniel adlı qız sağalmaq şansının 20 faiz olduğunu, amma müalicəyə pulu olmadığını deyib.

Onun hekayəsi hamınının gözlərini yaşadıb və müalicə üçün pul toplamağa başlayıblar. Xeyriyyəçilərin qəpik-qəpik topladığı vəsait 16 min dollar olub. Müalicə üçün pul toplayanlar bir müddət sonra Danielin toy etdiyini, hətta hamilə olduğunu görüblər.

Onun əməlindən şübhələnən polis bu fakt ilə bağlı araşdırmaya başlayıb və xəstəlik kağızını tələb edib. Nəticədə bəlli olub ki, “xəstə” heç vaxt xərçəngdən əziyyət çəkməyib.

Daniel etdiyi əməli etiraf edib və bu yaxınlarda ikinci uşağının olacağını deyərək məhkəmədən cəzasını yüngülləşdirməyi istəyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600