Dənizdə batdığı ehtimal edilən Turalın axtarışları davam edir

media-hightechnic-468x90

İki aydan çoxdur dənizdə batdığı ehtimal edilən Tural Sultanovun axtarışları davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, bu il 27 sentyabr tarixində dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.

Axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Tural Sultanov çalışdığı gəmidə itkin düşüb. O, ixtisasca həkim olub. Gəmi ilə yanaşı özəl klinkada həkim kimi fəaliyyət göstərib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa