!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dənizkənarı Milli Parkda dekorativ ağacları qorumaq üçün kameralar quraşdılır - VİDEO

!Reklam – Yazi

“Dənizkənarı Milli Parkda dekorativ ağaclara zədə vurulmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülüb”.

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-a Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, həmin nöqtədə təhlükəsizlik kamerası yerləşdirilir:

“Dənizkənarı Bulvar İdarəsi öz səlahiyyəti çərçivəsində mümkün olan bütün addımları atır. Həmin nöqtədə əlavə təhlükəsizlik kameraları yerləşdirilir. Mütəmadi olaraq kameraya baxış keçirilir. Hadisə baş verən zaman da kameralara baxış keçirdik. Hüquq-mühafizə orqanlarına məlumat verdik. Təbii ki, dərhal reaksiya verildi, xanımın tapılması istiqamətində iş aparıldı. Nəhayət tapıldı”.

Ə.Mehdiyeva sonda əhaliyə müraciət edib:

“Bu kimi halların baş verməməsi üçün vətəndaşlara müraciət edirik. Çünki Milli Park təkcə Dənizkənarı Bulvar İdarəsinin deyil, Azərbaycan xalqınındır. Onu qorumaq bizim borcumuzdur. Buradakı dekorativ ağaclar, güllər sərvətdir. Onları qorumaq lazımdır. Ağaclara göstərilən qulluğa hörmətlə yanaşmalıyıq.
Müvafiq addımlar atırıq. Təhlükəsizlik kamerası, mühafizəçi də var. Ərazi böyük olduğu üçün nəzarətçi bir yerdə dayana bilməz. Vətəndaşlarımız da sağ olsunlar ki, görən zaman dərhal ictimailəşdirir. Bundan sonra da müvafiq addımlar atılacaq”.

Xatırladaq ki, iyulun 1-də Bakı Bulvarında çəkildiyi qeyd edilən videogörüntüdə bir qadının kaktusun üzərinə yazı yazmağa çalışıb. Digər xanım ona irad bildirib və bunu sosial şəbəkədə paylaşacağını desə də, qadın və yanındakı kişi ona fikir verməyiblər. Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Bundan öncə Bulvarda oğlanın alışqanla kaktusun yarpağını yandırması ilə bağlı videolar da yayılmışdı. Kənardan digər şəxs ona bunun yanlış olduğunu desə də, gənc oğlan buna məhəl qoymayıb. Dənizkənarı Milli Parkın ərazisində dekorativ bitkiləri korlayan həmin şəxs cəzalandırılıb. Məhkəmə qərarı ilə 2003-cü il təvəllüdlü Varis Etibar oğlu Cəfərli barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv