Deputat Ceyhun Məmmədov: "İran bu qorxaq əməlinə və nankorluğuna görə peşman olacaq"

media-hightechnic-468x90

“İranın mülki sakinləri və Naxçıvan Hava Limanını hədəf alması terror aktıdır”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. Deputat Azərbaycanın İrana qarşı atdığı silsilə müsbət addımların qarşılığının təxribatla verilməsini sərt qınayaraq, bu hücumu acizlik nümunəsi adlandırıb:

“İran tərəfinin belə bir addım atması bu ölkənin nankorluğunun və riyakarlığının bariz göstəricisidir. Şübhəsiz ki, Azərbaycan hər zaman İranla münasibətlərin qorunmasına xüsusi önəm verib, dostluq və qonşuluq prinsiplərinə sadiq qalıb. Cənab Prezidentin İran Prezidentinə başsağlığı verməsi və şəxsən səfirliyə getməsi bunu bir daha təsdiq edir. Bütün risklərə baxmayaraq, İranın dünyadan təcrid olunduğu bir vaxtda Azərbaycan öz humanist mövqeyini ortaya qoydu. Tehran isə bu addımları nəzərə almayaraq bizə qarşı xain təxribat törətdi.”

Deputat vurğulayıb ki, Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı istifadə olunmayacağını bəyan etsə də, qarşı tərəf mülki hədəfləri seçməklə terror yolunu tutub:

“Prezident İlham Əliyevin İranın ali liderinin vəfatı ilə bağlı başsağlığı verməsi, səfirliyi ziyarət etməsi və İrana humanitar yardım planlaşdırması Azərbaycanın nə qədər həssas və səmimi olduğunu göstərir. Biz İrandan fərqli olaraq heç vaxt riyakar siyasət yürütməmişik, hər zaman qonşularımızın yanında olmuşuq. Belə bir şəraitdə mülki vətəndaşların istifadə etdiyi Naxçıvan Hava Limanının vurulması və dinc sakinlərin hədəfə alınması terror aktı kimi qiymətləndirilməlidir.”

Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycanın prinsipial mövqeyi sarsılmazdır və hər bir təcavüzkar layiqli cavabını alacaq:

“Bu hücum qorxaqlığın və acizliyin sübutudur. Bunu başqa cür qiymətləndirmək mümkün deyil. Azərbaycan həmişə qətiyyətli olub; dövlətimizə hücum edənlər hər zaman peşman olublar. İran da bu qorxaq əməlinə görə peşman olacaq. Təəssüf ki, rəsmi Tehran Azərbaycanın atdığı xoşniyyətli addımları anlamadı və qonşuluq prinsiplərinə tamamilə zidd olan bu təxribata yol verdi.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05