Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

media-hightechnic-468x90

Azərbaycan Milli Məclisinin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Türkiyənin Türk Dil Qurumu tərəfindən beynəlxalq tədbirə dəvət edilib.

media-banner_tkm

Türkiyə Respublikasının Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun nəzdində fəaliyyət göstərən Türk Dil Qurumu Başqanlığının Elmi Araşdırmalar Müdirliyi tərəfindən təşkil olunacaq beynəlxalq konfrans 20–21 aprel tarixlərində Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərində keçiriləcək.
Şimali Kipr Türk Respublikası Mədəniyyət Nazirliyi və Atatürk Müəllim Akademiyasının əməkdaşlığı ilə təşkil ediləcək tədbirdə mədəni əlaqələrin vəziyyəti, ortaq dil-mədəni dəyərlərin inkişafına dair təkliflərin müzakirəsi planlaşdırılıb.
Konfransda 8 ölkədən akademiklər, yazıçılar, rəssamlar və aidiyyəti qurumların nümayəndələri daxil olmaqla təxminən 20 nəfərlik beynəlxalq heyətin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanı bu beynəlxalq tədbirdə deputat Elnarə Akimova təmsil edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05