Deputat poçtla narkotik sifariş etdi - FOTO

media-hightechnic-468x90

Rusiyanın Novosibirsk vilayətinin Toquçinski rayonundan olan deputat Roman Yanov Almaniyadan poçt vasitəsilə narkotik vasitə sifariş edib.

Yenicag.az xəbər verir ki, bu barədə Novosibirsk şəhərinin Kalininski rayon məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Zərfin içində poçt şöbəsində Novosibirsk gömrüyündə narkotik qaçaqmalçılığı ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən müsadirə edilmiş LSD (liserqamid ailəsindən olan yarı sintetik psixoaktiv maddə) narkotik vasitələri olduğu qeyd olunub.

Qeyd edək ki, adıçəkilən deputat narkotik vasitəni almaq üçün 2022-ci il fevralın 4-də sifariş verərərk onlayn pul ödənişi edib.

Qeyd olunur ki, Yanov barəsində cinayət işi avqustun 24-də məhkəməyə gedib. Deputat iki maddə ilə ittiham olunur. Onun işi üzrə məhkəmə iclası sentyabrın 6-na təyin edilib./Unikal/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600