!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputata rəqib olan ÇİLİNGƏR NAMİZƏD: Bu dairələrdə müəllim və pensiyaçı namizədlər üstünlük təşkil edir

!Reklam – Yazi

Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 2 gün qalıb. Namizədlərin seçki öncəsi təbliğat-təşviqat kampaniyası davam edir. Seçkilərdə iştirak edən namizədlərin əksəriyyəti VI çağırış Milli Məclisin hazırkı deputatlarıdır, lakin namizədlər arasında tanınmış simalarla yanaşı geniş ictimaiyyət tərəfindən tanınmayan işsizlər, təqaüddə olanlar, hətta çilingər namizədlərin olması bu seçki kampaniyasını daha da cəlbedici edir.

Yenicag.az bu seçkilərdə tanımayan namizədlərlə bağlı araşdırmaya davam edir. Bugünkü araşdırmada Sabirabad, Biləsuvar, Neftçala və Cəlilabad seçki dairələri üzrə davam edirik.

67 saylı Sabirabad seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş VI çağırış Milli Məclisin deputatı Əmiraslanov Əhliman Tapdıq oğlu yer alıb. Bu seçki dairəsində də xeyli sayda işsiz və pensiyaçı namizədlər var. Belə ki, onlar namizədliyini özləri tərəfindən irəli sürən pensiyaçı Babayev Azizağa Otarxan oğlu, pensiyaçı Salmanov Fərman Raxman oğludur. Sözügedən seçki dairəsində işsizlər isə namizədliyini VP-dən irəli sürən Ağayeva Rəna Balaqardaş qızı, namizədliyini özü irəli sürən Gözəlov Xaqani Rafiq oğlu, Məmmədov Teymur Nazim oğlu, Zərbalıyeva Lamiyə Fikrət qızıdır.

68 saylı Sabirabad-Şirvan seçki dairəsində namizədliyini YAP-dan irəli sürən şəxs VI çağırış Milli Məclisin deputatı Cəfərov Kamal Xaqani oğludur. Bu seçki dairəsində isə müəllimlər üstünlük təşkil edir. Belə ki, onlar namizədliklırini özləri tərəfindən irəli sürən müəllim Əkbərov Şirxan İnşallah oğlu, müəllim Əliyeva Sevda Məhəmməd qızı, müəllim Həmidov Səbirxan Qəfil oğlu və müəllim Hüseynova Günay Əhəd qızıdır.

 

 

69 saylı Biləsuvar seçki dairəsində iddiaçılardan biri namizədliyini özü tərəfindən irəli sürən VI çağırış Milli Məclisin deputatı Məhərrəmov Bəhruz Abdurrahman oğludur.

Bu seçki dairəsində də tanınmayan namizədlər yer alır. Belə ki, onlar namizədliyini Müsavat Partiyasından irəli sürən pensiyaçı Mehti Yusif Haceyib oğlu, hazırda heç bir yerdə işləməyən və namizədliyini özü tərəfindən irəli sürülən Mirəli Nurlan Sabir oğludur.

70 saylı Neftçala seçki dairəsində namizədliyini VHP-dan irəli sürən Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Rüstəmxanlı Tənzilə Yolçu qızıdır. Bu seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı seçicilərlə ən aktiv şəkildə görüşlər keçirən namizəd kimi diqqət çəkir və ölkədə namizədliyi qeydə alınan əksər namizədlərdən fərqlənir. Onun seçicilərlə sıx əlaqə qurması, onların problemlərini birbaşa dinləməsi və görüşlərdə iştirak etməsi onu digər namizədlərdən fərqləndirir və seçicilərin rəğbətini qazanmasına kömək edir. Həmçinin qeyd etmək lazımdır ki, deputatlığa namizəd Tənzilə Rüstəmxanlının seçicilər keçirdiyi görüşlər xüsusilə mütəşəkkil və izdihamı ilə seçilir.

Bu seçki dairəsində namizədliyini YAP-dan irəli sürmüş namizəd isə YAP rayon təşkilatında məsləhətçi vəzifəzində çalışan Baxışov Fərhad Ceyhun oğludur.

Sözügedən seçki dairəsində də tanınmayan xeyli namizəd yer alıb. Belə ki, onlardan bəziləri namiədliklərini özləri tərəfindən irəli sürən və hazırda heç bir yerdə işləməyən Kərimov Razim Əyyub oğlu, Nağıyeva Vəfa Cəmaləddin qızıdır.

71 saylı Cəlilabad şəhər seçki dairəsində namizədliyini YAP-dan irəli sürən şəxs VI çağırış Milli Məclisin deputatı Həsənov Malik Əvəz oğludur. Bu seçki dairəsində müəllim və pensiyaçı namizədlər üstünlük təşkil edir. Belə ki, onlar namizədliyini Ümid Partiyasından irəli sürən Əzimov Aslan İsmayıl oğlu, namizədliyini özü tərəfindən irəli sürən müəllim Hidayətov Mahir Şücayət oğlu, namizədliyini Müsavat Partiyasından irəli sürən pensiyaçı Əsgərov Azər Əbülfəz oğlu, namizədliyini özü irəli sürən Əzizxanlı Əzizxan Ağakərim oğludur.

72 saylı Cəlilabad kənd seçki dairəsində namizədliyini YAP-dan irəli sürən namizəd VI çağırış Milli Məclisin deputatı Nəsirov Elman Xudam oğludur.

Bu seçki dairəsində də tanınmayan, işsiz, müəllim namizədlər üstünlük təşkil edir. Belə ki, onlar namizədliyini Müsavatdan irəli sürən işsiz Axundov Rahim Adış oğlu, namizədliyini özü irəli sürən işsiz İbrahimova Hicran Kamran qızı, namizədliyini AXP-dan irəli sürən Quluzadə Novruz Misir oğludur. Bu seçki dairəsində çilingər işləyən namizəd də yer alıb. Bu namizəd Hüseynov Zamiq Adil oğludur. Z.Hüseynovun namizədliyi özü tərəfindən irəli sürülüb.

Mövzunu davam etdirəcəyik.

COP29

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv