Səbinədən müğənnilərə İRAD: "Nə qədər toy paylaşmaq olar, inkişaf etmək lazımdır"

media-hightechnic-468x90

“İnstagram”da yalnız restoran səhnəsini paylaşmaq olmaz. İnkişaf etmək lazımdır”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Səbinə Babayeva “Xəzər axşamı” verilişində deyib.

O, bütün günü “Instagram”da toyda oxumaqlarını reklam edən müğənnilərə irad bildirib.

Sənətçi özünün belə paylaşımlardan uzaq olduğunu qeyd edib:

“Mənə deyirlər ki, niyə video paylaşımlar etmirsən. Deyirəm, ona görə ki, utanıram. Biz artıq böyük səhnələrdə, qastrollarda olmalıyıq. Toy, ad günü, şou-proqram, korporativ tədbirlər həmişə olub, var, artıq belə şeylərin zamanı keçib. İnkişaf etmək lazımdır. Deməli, inkişaf yoxdur. Ancaq toy, restoran… Başa düşürəm, bizdə toydan başqa biznes yoxdur. Amma mən özümə böyük konsert səhnələrində olmağı arzu edirəm. “Instagram”da yalnız restoran səhnəsini paylaşmaq olmaz”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05