Şuşada “Kitab dayanacağı”: İlk qonaq Xalq şairi Vahid Əziz oldu – FOTOLAR
Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın mərkəzində “Kitab dayanacağı” – ilk açıq hava kitabxanası istifadəyə verilib.
Yenicag.az xəbər verir ki, layihənin məqsədi mədəniyyət paytaxtımız Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsidir.
“Kitab dayanacağı”nın ilk qonağı müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, “Şərəf” ordenli Xalq şairi Vahid Əziz olub.
Görüşdə Xalq şairinin çoxşaxəli yaradıcılıq yolundan söz açılıb. Sevilən şair şeirlərini səsləndirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Cəvahir













